Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqala kəndində səyyar qəbul-görüş keçirilib

19 dekabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Köhnəqala kəndində  keçirilmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, Köhnəqala və Məşədilər kəndlərinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüş, vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.
Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial-iqtisadi tərəqqiyə və regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri də dilə gətirmişlər. Belə ki, vətəndaşlar kəndin əsas arxlarının təmizlənməsi, internet şəbəkəsinin yaradılması, Alakol-Köhnəqala avtomobil yolunun təmir olunması, müalicə və iş tələbi, avtobus marşurutunun hərəkət cədvəlinin nizamlanması, kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının əsaslı təmiri, ailə-məişət problemləri barədə və digər təklif və tənqidi qeydlər səsləndirmişlər.
Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər