Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycanın gələcəyi olan yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə, onların zərərli vərdişlərdən, dini xurafat və radikalizm meyillərindən uzaq tutulması sahəsində rayonda kompleks tədbirlər həyata keçirilir.
Daha çox təbliğat və maarifləndirmə funksiyası daşıyan həmin tədbirlərin keçirilməsi davamlı xarakter almışdır. Rayonun ümumtəhsil məktəblərində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon polis şöbəsi və onun müvafiq strukturları yeniyetmələr və şagirdlər arasında erkən nikah hallarının qarşısının alınması, antinarkotik təbliğatın gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə ilə bağlı görüşlər keçirilməsinə başlanmışdır. Mütəxəssislərin, aidiyyəti dövlət qurumları nümayəndələrinin də iştirak etdiyi növbəti belə bir tədbir 18 dekabr 2018-ci il tarixdə Tovuz rayon Peşə liseyində olmuşdur. Tədbirdə Tovuz RPŞ-nin rəisi polis polkovniki Şirzad Əsgərov, RİH aparatının hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva çıxış etmişlər. Disskusiya və müzakirələr şəklində keçən görüş gənclərdə dərin iz buraxmışdır.