Şriftin ölçüsü :

Saytın rəngi :

Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilir

15 dekabr 2018 | 16:00

Son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, bütün ölkəmizdə olduğu kimi Tovuz rayonunda da məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.
Respublikanın regionlarında uşaq tərbiyə müəssisələrinə olan tələbatı və uşaq bağçalarının tikintisi işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi qərara alınmışdır.
Tikintiyə cari ilin əvvəlində başlanmış və hazırda işlər sürətlə davam etdirilir. Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Qovlar şəhərində inşası davam etdirilən 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisində olmuş və burada görülən işlərlə yerində tanış olmuşdur.
Tikintini aparan podratçı təşkilatın iş icraçısı Vaqif Mehdiyev görülən işlər barədə rayon rəhbərinə ətraflı məlumat vermiş və obyektin tikintisinin nəzərdə tutulan vaxtda başa çatacağını bildirmişdir.
M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin uğurlarından, o cümlədən uşaqlara göstərilən dövlət qayğısından danışmış, tikintinin gedişi ilə əlaqədar öz tapşırıq və tövsiyyələrini vermişdir.


Keçidlər