Şriftin ölçüsü :

Saytın rəngi :

“Zirvədən baxan öndər” mövzusunda tədbir keçirildi

11 dekabr 2018 | 16:00

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər sırasında “Zirvədən baxan öndər” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə İH başçısı müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Ağstafa regional mədəniyyət mərkəzinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış etmişlər. Qeyd olunmuşdur  ki,  Ulu öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə və xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.
Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar.
Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək gənc lider, sınanmış dövlət komandası və aydın strategiya var.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq - bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir.
Heydər Əliyev hər zaman zirvədə olacaq. Onu bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.
Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən video rolik nümayiş olundu.

Keçidlər