Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

07 dekabr 2018 | 16:00

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş amili Tovuzda da həmişə diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov  mütəmadi olaraq əhali ilə sıx ünsiyyət qurur, sakinləri fərdi şəkildə qəbul edir, onların qayğıları ilə maraqlanır. 
İcra başçısı bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı Əlimərdanlı kənd sakini Muradov Rasim Mansır oğlu ali təhsilli mühəndis-mexanik kimi işlə təmin olunmasını xahiş etmişdir. R. Muradova Tovuz su və kanalizasiya sistemlərinin Əlimərdanlı kəndində yerləşən təmizləyici qurğunun inşası başayanda mühəndis işləmək təklif olunmuşdur.
Vahidli kənd sakini Rüstəmov İlham Füzuli oğlu ailə vəziyyətini və övladının ürək əməliyyatı keçirdiyini nəzərə alaraq kömək göstərilməsini xahiş etmişdir. İ. Rüstəmovun ailə vəziyyətinin araşdırılması və lazımi kömək göstərilməsi İH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə tapşırılmışdır.
Yanıqlı kənd sakini Əliyeva Laçın İslam qızı A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində xadimə işindən azad olunduğunu bildirərək işə bərpa olunmasına kömək göstərilməsini xahiş etmişdir. L. Əliyevanın iş vəziyyətinin araşdırılması və müvafiq tədbir görülməsi İH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə həvalə edilmiş və tapşırığın icrası nəzarətə götürülmüşdür.
Rayon rəhbəri şəxsi qəbula gələn Qovlar şəhər sakinləri Cəfərov Faiq Cəbrayıl oğlunun və Allahverdiyev Ruhid Məhərrəm oğlunun, Dönük Qırıqlı kənd sakini Məmmədov Abduləli İbad oğlunun, Əyyublu kənd sakini Əzizova Mehriban İbrahimxəlil qızının müraciətlərini dinləmiş və onların qaldırdıqları məsələlərin öyrənilməsi və qanunvericiliyə uyğun qaydada həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşlar fərdi qaydada qəbul olunmalarından məmnunluq hiss etdiklərini və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər