Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-neft sektorunun tələbatına uyğun kadrlar hazırlanır

06 dekabr 2018 | 16:00

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-na uyğun olaraq ölkəmizdə peşə təhsilinin rasionallaşdırılması və günün tələblərinə cavab verən kadrlar yetişdirilməsinə başlıca diqqət yetirilir. Tovuz Peşə liseyində son dövrlər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq tələbat nəzərə alınmaqla yeni peşə istiqamətləri üzrə kadrlar hazırlayan yeni qruplar açılmışdır.
2018-2019-cu tədris ili üçün Tovuz Peşə liseyində xalçaçılıq, tərəvəzçilik, baramaçılıq, arıçılıq, üzümçülük və şərab ustası ixtisasları üzrə yeni qruplar fəaliyyətə başlamışdır.Yerli tələbat nəzərə alınmaqla rayon rəhbərliyinin təşəbbüsü ilə geniş profilli traktorçu- maşinist peşəsi hazırlayan qrup da yaradılmışdır.Gələcəkdə həmin ixtisasa yiyələnən gənclər iqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonda peşəkar traktorçulara olan tələbatı ödəyə biləcəklər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd  Məmmədov Tovuz peşə liseyində vəziyyətlə tanış olmuş, kollektivlə görüşərək təhsil müəssisəsinin işinin müasirləşdirilməsi və inkişafı üçün görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparmışdır.Böyük razılıqla qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin qərarı ilə yeni yaradılmılş 10 dövlət peşə təhsili mərkəzindən biri də Tovuz Dövlət Peşə Təhsili Mərkəzidir.Hökumətin bu qərarı bu təhsil müəssisəsi işçilərinin  məsuliyyətini daha da artırır və onları ölkənin regionları üçün yüksək hazırlıqlı kadrlar yetişdirməyə səfərbər edir.
Vətənpərvərlik sahəsində zəngin ənənələri olan Tovuzda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin diqqətdə saxlanmasının nəticəsi olaraq peşə liseyində zəngin hərbi kabinet yaradılmışdır.M.Məmmədov atıcı silahların tədrisinə dair keçilən dərsdə iştirak etmiş, həmin kabinetdə yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Digər qruplarla, xüsusən xalçaçılıq ixtisası üzrə təhsil alanlarla görüşü zamanı M.Məmmədov vurğulamışdır ki, dövlətin dəstəyi ilə rayonumuzda da “Azərxalça” ASC-nin müasir infrastruktura malik, işçilər üçün hər cür şəraiti olan filialı açılmışdır.Həmin istehsalat sahəsinə səriştəli işçilər tələb olunur.Qeyri-neft sektorunun tələbatına uyğun kadrlar hazırlayan başqa qruplarla da tanışlıq zamanı göstərilmişdir ki,  peşə hazırlığının səmərəliliyinin yüksəldilməsi, tədris müəssisəsinin istehsalat bazasının inkişaf etdirilməsi üçün lazım olan  bütün şərait yaradılacaqdır.
Görüş zamanı kollektiv üzvləri Azərbaycan gəncliyinə göstərilən qayğıya və peşə təhsilinin inkişafına daimi diqqətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər