Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 8 min ədəd tut tingi əkilib

05 dekabr 2018 | 16:00

Tovuzda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Baramaçılığın  yem  bazasının  möhkəmləndirilməsi  məqsədilə  bu ilin  payız  mövsümündə rayonun  ərazisində  Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş tinglərin əkilməsinə başlanmışdır. Tut tinglərinin əkilməsi üçün münasib sahələr hazırlanmış, yaxın kəndlərdəki kümçülər əkin prosesinə cəlb olunmuşlar.  Baramaçılığa dövlət qayğısı olaraq tinglər  kümçülərə pulsuz paylanmışdır.
Cari ildə rayon ərazisində əkilməsi planlaşdırılan 8 min ədəd tut tingi aqrotexniki qaydalara uyğun olaraq sahələ köçürülmüşdür. Əkilən ağacların 3 min ədədi Çin  Xalq  Respublikasından gətirilmiş tut (çəkil) tingləri, 5 min ədədi isə yerli tinglərdir. Eyni zamanda rayonun Əlimərdanlı, Cəlilli, Abulbəyli və Aşırallar kəndlərində də tut bağları salınmasına başlanmışdır.
Tinglərin sahələrə köçürülməsində yerli sakinlər fəallıq göstərmişlər. Həmin gün rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov sahələrdə olmuş və burada aparılan işlərlə yerində tanış olmuşdur.

Keçidlər