Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirilib

05 dekabr 2018 | 16:00

Rayon İH başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbulu Ermənistanla təmas xəttində yerləşən Ağbulaq kəndində keçirilmişdir. Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri, Ağbulaq və Koxanəbi kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə cənab Məmməd Məmmədov açaraq sərhəd kəndlərində yaşayan əhalinin sosial-iqtisadi durumundan, burada görülən işlərdən və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə həyata keçirilən tədbirlərdən danışmışdır. O, dövlətimizin qayğısı ilə sərhəd kəndlərində görülən işlər; ərazidən keçən əsas yolun asfaltlanması, təhlükəsizliklə əlaqədar istinad divarlarının qurulması, kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, Ağbulaq kəndində yeni məktəb binasının tikintisi və sair məsələlər barədə fikirlərini bölüşmüşdür.
Qeyd olunmuşdur ki, dövlətimizin siyasəti ondan ibarətdir ki, sərhəd kəndlərində yaşayan insanlar yaxşı yaşasınlar və özlərini rahat hiss etsinlər. İndi bizim çox güclü, rəşadətli Ordumuz var. Xalqla Ordu arasında yüksək həmrəylik mövcudur və biz Ordumuza güvənirik.
Səyyar qəbul-görüşdə Ağbulaq kənd sakinləri Cəlal Həsənov, Qiyas Həsənov, Əhməd Tağıyev, Səhid Paşayev, Şəkər Bayramova, Mehriban Orucova, Sabir Qafarov, Koxanəbi kənd sakinləri Gülşən Məmmədova, Lətif Tağıyev, Günəş Hüseynova söz alaraq uzun müddət münaqişə zonasında yaşamalarına baxmayaraq həyatlarının normal məcrada davam etdiyini, təhlükəsizliklərinin tam təmin olunduğunu və ordumuza arxayın olduqlarını qeyd etmiş və bir sıra sosial problemlərini dilə gətirmişlər. Təklif və tənqidi qeydlər sırasında torpaqlardan səmərəli istifadə olunması, münaqişədən zərər çəkmiş evlərin bərpasına kömək göstərilməsi, kənddaxili yolların təmir olunması, iş, pensiya, enerji və qaz təchizatı məsələləri yer almışdır.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər