3 dekabr Ümumdünya Əlillər günü Tovuzda qeyd olundu
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Tovuz şəhəri “Şam bağı” istirahət mərkəzində tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları əlil Gülzar Əliyevanın əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış etmişdir. Cənab M. Məmmədov Azərbaycan Respublikasında 1994-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunduğunu. Sosial müdafiəyə ehtiyacı olan bu əhali qrupunun dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların cəmiyyətə layiqli vətəndaş kimi qovuşması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirdi.
Qeyd olunmuşdur ki, insan amilini xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Şəhid ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılıb. Əlillərin, şəhid ailələrinin çoxu mənzillə, fərdi evlə təmin olunub. Əlillər minik avtomobilləri ilə təmin olunub.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun bu sahədə gördüyü konkret işlər, humanizm tədbirləri Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir.
Tovuz rayonunda da əlillərin sosial rifahı daim diqqət mərkəzində saxlanılır. Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı iş aparılır. Bayramlarda onlar yad edilərək sovqatlar paylanılır, birdəfəlik maddi yardımlar olunur.
Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Əli Əliyev, Qarabağ müharibəsi əlili Sahib Rüstəmov, əlil Gülzar Əliyeva çıxış edərək dövlətimizin əlillərə göstərdiyi qayğıdan məmnun olduqlarını, cənab Prezidentin həyata keçirdiyi sosial yönümlü siyasətdən razılıqlarını bildirdilər.
Tədbirdə rayon icra hakimiyyəti adından əlillərə hədiyyələr paylandı. Əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra tədbir konsert proqramı ilə davam edib.