Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Bozalqanlı kənd sakinləri ilə görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Bozalqanlı kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinin məqsədini açıqlamış, vətəndaş-məmur münasibətlərindən danışmışdır.
Qəbulda təklif və tənqidi qeydlər səsləndirən kənd sakinləri onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, pay torpağının yerinin dəyişdirilməsi, kəndarası yolun təmiri, kənd tam orta məktəbinin tikintisi, özünüməşğulluq proqramından yararlanma, işə qəbul və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir neçə müraciətlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.