Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun ictimaiyyəti ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişdir

13 dekabr 2012 | 16:00

Dekabrın 12-də rayonun sakinləri ümummilli liderin vəfatının doqquzuncu ildönümü münasibətilə ulu öndərin Tovuz şəhərindəki Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüşlər. Mərasim iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində olmuşlar. Mərkəzdə ulu öndərin həyat və yaradıcılığını əks etdirən video görüntü və fotoşəkillər hamını bir an yaxın keçmişə qaytarmışdır.
Bundan əlavə, rayonun bütün təhsil ocaqlarında ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilmiş, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlardan danışılmışdır. Rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun bütün yaşayış məntəqələrində ulu öndərin vəfatının 9-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
 

Keçidlər