N. Sadıqov adına Alakol kənd tam orta məktəbində tikinti işləri uğurla davam etdirilir
Təhsilin inkişafını dövlət strategiyasına çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə rayonun Alakol kəndində müasir məktəb binasının tikintisinə başlanmışdır.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tikintidə olub işlərin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, N. Sadıqov adına Alakol kənd tam orta məktəbi üçün tikilən kompleks məktəb binası 3 mərtəbədən ibarət olacaq. Gələn tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulan və müasir standartlara cavab verən bina 624 şagird yerlikdir.
RİH başçısı inşaat işlərini tikinti norma və qaydalarına uyğun və qrafik əsasında aparmaq üçün yerli orqanlardan asılı olan tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyyələrini vermişdir.