Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir

22 noyabr 2018 | 16:00

Tovuz rayonunda Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Tovuz rayon ədliyyə işçiləri və hüquq mühafizə orqanlarının rəhbərləri ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açmış və qeyd etmişdir ki, 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş bir çox dövlət təsisatlarının  yaradılmasının əlamətdar yubleyi tamam oldu. Sizinlə birlikdə biz onları  təntənəli şəkildə qeyd etdik. Bu gün isə Azərbaycan ədliyyəsinin yaranmasının  100 illiyi tamam olur.  Müstəqil  Azərbaycan dövlətinin yaradıcısı  böyük Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçiləri gününü  xalqımız artıq  18 ildir ki, qeyd edir.
Mən rayon ictimaiyyəti adından məhkəmə və ədliyyə orqanları işçilərini peşə bayramı münasibətilə təbrik edirəm!
  Dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları məhz Ümummilli Liderin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb. Hazırda həmin islahatlar uğurla davam etdirilir.
  Prezident  İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesi yeni səviyyəyə qalxmış və dövlət quruculuğu prosesində Ədliyyə Nazirliyinin  böyük xidmətləri olmuşdur.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirən məhkəmə-hüquq islahatları sayəsində beynəlxalq standartlara cavab verən müasir məhkəmə sistemi yaradılmışdır. Bu sistem vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsini   etibarlı şəkildə təmin edir.
Tədbirdə Tovuz  Rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, Tovuz Rayon Prokuroru, baş ədliyyə müşaviri Elçin Qəhrəmanov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Bozalqanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Hacıyev, Tovuz rayon notariat kontorunun notariusu Pənah Rzayev çıxış edərək ədliyyə orqanlarının fəaliyyətindən danışmış, yubiley və peşə bayramı münasibətilə təbriklərini çatdırmışlar.
Sonda cənab M. Məmmədov  Azərbaycan ədliyyəsinin 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı günü  münasibətilə ədliyyə işçilərini ürəkdən təbrik etmişdir.  Əlamətdar yubileylə əlaqədar ədliyyə orqanlarında  xidmətdə fərqləndiyinə görə bir sıra şəxslər rayon icra hakimiyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmışlar.

Keçidlər