Tovuzda YAP-ın yaranmasının 26-cı ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümümilli liderimiz Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, biz çöx böyük məmnunluqla bu gün partiyamızın yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevi sonsuz bir ehtiramla yad edirik. 26 il bundan əvvəl çox çətin və ağır bir şəraitdə o bu partiyanı yaratdı və bu partiya xalqın qarşısında öz xidmətlərini göstərə bildi.
Bu gün biz burada 26 illik dövrə nəzər salırıq. Ancaq bu illər içərisində bizim partiyamızın tarixinin ən mühüm və ən əhəmiyyətli hissəsi onun yaranma dövrü olmuşdur. Bu dövrü xatırlayarkən biz eyni zamanda respublikamızın “91” lər kimi tanınan görkəmli ziyalılarının fədakarlıqlarını qeyd etməliyik. Yarandığı gündən bəri partiyamız çox böyük uğurlara imza atmışdır. Bu gün Azərbaycan dövləti çox möhkəmdir. Azərbaycan dövləti bundan sonra da müstəqil, sərbəst daxili və xarici siyasət aparmağa qadirdir. Azərbaycanın dövlət müstəqilliyi, daxili ictimai-siyasi sabitliyi günü-gündən möhkəmlənir. Bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, hər birimiz respublikamızın bu böyük məqsədlərinin həyata keçirilməsinə kömək edək, öz töhfəmizi verək. Ona görə biz hamımız Azərbaycan Prezidenti, zati-aliləri cənab İlham Əliyevin ətrafında, onun başçılıq etdiyi Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməli və inamla qarşıdakı böyük məqsədlərə doğru irəliləməliyik.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov partiyamızın tarixi və onun keçdiyi şərəfli yol barədə danışımış, qeyd etmişdir ki, xalqın Ümummilli liderə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad, Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərinin yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdi.
Son illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətin, qəbul edilmiş böyük dövlət proqramlarının yerinə yetirilməsinin, bütün region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı özlərinin Ulu Öndərimiz Heydər Əliyevin xəttinə, Heydər Əliyev şəxsiyyətinə və siyasətinə sədaqətdə dönməz və yenilməzdirlər.
Sonra tədbirdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev və Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış edərək gənclərin partiyadakı yeri və rolu məsələlərindən bəhz etmişlər. Tədbirdə bir qrup partiya veteranlarına və fəallarına qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.