Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

20 noyabr 2018 | 16:00

24 noyabr 2018-ci il tarixdə saat 16:00-da Tovuz şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: İstiqlal küçəsi 1) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında yaşayan və müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcəkdir.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər:

  1. Hüquqşunaslıq
  2. İqtisadiyyat
  3. Əmtəəşünaslıq
  4. Qida mühəndisi
  5. Genetika
  6. Tibbi profilaktika
  7. Fitosanitariya
  8. Aqronomluq
  9. Zootexnik
  10. Kimya
  11. Biokimya
  12. Biologiya
  13. Mikrobiologiya
  14. Maliyyə və mühasibat uçotu

Əlavə məlumat almaq üçün (+994 12) 565-12-82 (daxili - 155)  və ya (+994 55) 750 10 00 (Tural Əlizadə) əlaqə nömrələrinə zəng edə bilərsiz.

Keçidlər