Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Aran və Aşırallar kənd sakinləri ilə keçirildi

14 noyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Aran və Aşırallar kəndlərinin sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə çıxış edərək müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərdən danışmışdır. İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.
Qəbulda söz alan kənd sakinləri onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edərək müxtəlif məzmunlu fikirlər söyləmişlər. Kənd sakinlərindən Hüseynalı Abbasov, Qədir Hümbətov, Rafiq Kazımov, Aidə Heydərova və başqaları Aran və Aşırallar kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan tədbirlərə diqqət çəkmiş və onların mərhələlərlə həllinə kömək göstərilməsini xahiş etmişlər. Səyyar qəbul-görüşdə səslənən içməli su təchizatı, kənd məktəbinin əsaslı təmir olunması, ərazidə körpələr evi-uşaq bağçasının açılması, elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmir olunması, su arxlarının betonlanmasına və digər məsələlərlə bağlı aidiyyəti üzrə konkret  tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Sonda rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərin araşdırılacağını və mərhələlərlə lazımi tədbirlər görüləcəyini vətəndaşlara bildirmişdir.

 

 

 

 

 

 

 

 

Keçidlər