Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 12 noyabr - Konstitusiya günü münasibətilə “dəyirmi masa” keçirilmişdir

12 noyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında 12 noyabr - Konstitusiya günü münasibəti ilə  “dəyirmi masa” keçirilmişdir. Tədbirdə İH başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan  və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil  Azərbaycanın ilk Konstitusiyasıdır.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanundur.
Müəllifinin böyük Heydər Əliyev olduğu Konstitusiyamızın maddələrinin üçdə birindən çoxunda insan hüquq və azadlıqlarına geniş yer verilmişdir. Bu, ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Bu gün cənab Prezident İlham Əliyevin  qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir. Bu Konstitusiya günündə  hər bir vətəndaşımız qürur duyur ki, Dünya Bankının  hesabatında  Azərbaycan 10 islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan  olunmuşdur. 190 ölkə arasında 25-ci yerdə qərarlaşan ölkəmiz inkişafın  ən parlaq göstəricisinə nail olub. Bu uğurların bazasında böyük Heydər Əliyevin həyat verdiyi Konstitusiyamız dayanır.
Dəyirmi masada Konstitusiya günü münasibətilə məruzələr dinlənilmişdir. “Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin əsas qanunudur” mövzusunda rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva, “Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısıdır” mövzusunda rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov, “Konstitusiyamız və gender bərabərliyi” mövzusunda rayon qeydiyyat şöbəsinin rəisi Kifayət İsmayılova, “Azərbaycan Respublikasının Konstitusiyası ictimai-siyasi sabitliyimizin qarantıdır” mövzusunda rayon təhsil şöbəsinin metodisti Mehman Əhmədov çıxış etmişdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yekunlaşdırmışdır.

 

Keçidlər