Tovuz Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın iclası keçirilmişdir
11.12.2012-ci il tarixində Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. Şura iclasında ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasinin qəbul etdiyi qərara münasibət bildirilmişdir. Şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin böyük tarixi hadisə olduğunu və bu böyük idman bayramına hazırlıqla əlaqədar hər Azərbaycan vətəndaşının üzərinə əlavə məsuliyyət düşdüyünü qeyd etmişdir. 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Bakıda təşkil olunması haqqında qəbul edilmiş qərar rayon ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır. Bu cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizin beynəlxalq nüfuzunun, mövcud siyasi sabitliyin və iqtisadi yüksəlişin nəticəsidir.
Şura iclasında təşkilat komitəsi yaradılmış və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında iştirak etmək üçün rayon idmançılarının yetişdirilməsi məqsədilə tədbirlər planının hazırlanıb həyata keçirilməsi qərara alınmışdır.