Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Dövlət Bayrağı Günü bayramı münasibətilə tədbir keçirilmişdir.

08 noyabr 2018 | 16:00

   Tovuz şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  münasibəti ilə elmi-praktik konfrans keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

   Konfransı giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun  Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Müqəddəs Bayrağımız 1918-ci il noyabrın 9-da  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qaldırılıb.  Üçrəngli Milli Bayrağımız ikinci dəfə 70 il fasilədən sonra 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Bu gün Azərbaycan Respublikası üçrəngli  dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Azərbaycan bayrağı bütün dünya azərbaycanlılarının milli birliyinin ifadəsidir və hamımızın qürur mənbəyimizdir.

   Cənab M. Məmmədov rayon ictimaiyyətini qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. Sonra elmi-praktik konfransda məruzələr dinlənilmişdir.
   Rayon İcra Hakimiyyəti  başçısının müavini Təranə Bayramova “Prezident İlham Əliyev və Dövlət Bayrağı altında inkişaf edən  müstəqil dövlətimiz” mövzusunda,  rayon prokurorunun müavini  Anar  Səfərov “Dövlət bayrağımız  müstəqil Azərbaycanın əsas rəmzidir” mövzusunda, tarixçi  müəllim  Malik Abbasov “Bayrağımız  qürur mənbəyimizdir”  mövzusunda çıxış etmişlər.
   Tədbiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yekunlaşdırmışdır.
   Elmi-praktik konfransda Prezident Administarasiyasının məsul işçisi cənab Orxan Mürsəlov iştirak etmişdir.

 

 

 

 

 

Keçidlər