Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda növbəti səyyar qəbul-görüş keçirildi

31 oktyabr 2018 | 16:00

Tovuz rayonu İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Növbəti görüş Xatınlı kəndində keçirildi. Tədbiri giriş sözü ilə açan icra başçısı ilk öncə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitlikdən, eləcə də son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Tovuz rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrindən və hazırda bu istiqamətdə aparılan işlərdən danışdı.
Qeyd olundu ki, Xatınlı kəndində də bir sıra infrastrukdur layihələr icra olunmuş, cənab Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq kənddə dövlət vəsaiti hesabına qazlaşma işləri aparılmış, yollara asfalt beton örtük qoyulmuş, hazırda isə içməli su layihəsi həyata keçirilir. Eyni zamanda Xatınlı kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur. Sosial xarakterli layihələrin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
İcra başçısı cənab Məmməd Məmmədov görüşdə iştirak edən sakinlərdən kənddə narahatlıq doğuran istənilən məsələnin açıq şəkildə səsləndirilməsini xahiş edərək, onların təklif və müraciətlərini dinləyib. Sakinlərin qaldırdıqları məsələlərlə bağlı aidiyyatı təşkilat rəhbərləri məlumat veriblər. İcra başçısı bir neçə msələni şəxsi nəzarətinə götürüb və operativ qaydada həlli istiqamətlərində müvafiq tapşırıqlar verib.

Keçidlər