Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub.

05 iyun 2026 | 12:29

Tovuzda 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı əlaqədar  tədbir keçirilib.

Əvvəlcə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi Ümumilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

RİH başçısını müavini Təranə Bayramova rayon rəhbərliyi adından peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Tovuz Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fərqlənən bir qrup əməkdaşları Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər