Tovuzda Novruz bayramı təntənə ilə qeyd edilib
Tovuz şəhər Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisi həyata keçirdikdən sonra meydana daxil olmuş və tədbir iştirakçılarını salamlamışlar.
Meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunmuşdur.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, şəhid ailələrini,qaziləri və sakinləri bayram münasibətilə təbrik etmişlər.
Tədbirdə RİH başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları bayram münasibətilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur. Elə buna görə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi böyük nailiyyətidir. Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu günlər ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir. Xalqın rifahını daha da yüksəldən sosial paketlər uğurla icra olunur. Bu siyasət nəticəsində indən belə də hər bir vətəndaşımızı daha yüksək rifah və Azərbaycanı xoşbəxt gələcək gözləyir. Qoy bu Novruz hər evə, hər ailəyə, hər bir tovuzluya bayram ovqatı və sevinc gətirsin!
Bayram şənliyi rayon mədəniyyət və incəsənət işçilərinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.