Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “15 iyun- Milli Qurtuluş Günü” münasibətilə bayram konserti keçirilib  

15 iyun 2025 | 11:22

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə bayram konserti keçirilib.

Bayram konsertində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon sakinlərini “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin tariximizdəki əvəzsiz rolunu xüsusi qeyd edib. 1993-cü ildə xalqın iradəsi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəni parçalanma və vətəndaş qarşıdurmasından xilas etdiyini, bununla da 15 iyunun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu vurğulayıb. 

Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan bayram konsertində tanınmış müğənillər çıxış ediblər. Sevilən müğənillərin ifaları sakinlər tərəfindən böyük alqış sədaları altında izlənildi.

Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

 

Keçidlər