Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Kirən kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib

21 may 2025 | 17:40

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Kirən kəndində səyyar qəbul-görüşü keçirilib.

Kirən kəndində keçirilən səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn Kirən kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.

Kirən kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

Keçidlər