Tovuzda qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərinin qarşısının alınması məqsədilə donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalamış və müvafiq qanunlar qüvvəyə minmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 8 fevral 2005-ci il tarixində başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü ilə Tovuzda bu gün könüllü qanvermə aksiyası təşkil olunub. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.
Diaqnostika və Hemodializ Mərkəzində keçirilən aksiyada hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinləri könüllü qan verərək, ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olmuşlar.