Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Vahidli kənd sakinləri ilə görüş keçirib

17 oktyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Vahidli  kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri,  hüquq-mühafizə orqanları və ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən, ictimai-siyasi sabitliyin qorunması istiqamətində görülən işlərdən danışmışdır.
Cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmiş, onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Müraciət edən kənd sakinləri Nəriman Axundov, Qiyafət Məhərrəmova, Hamlet Həsənov, Şahin Şirinov torpaq mübahisəsi, körpələr evi-uşaq bağçasında qrupların sayının artırılması, suvarma suyu və xəstəliyi ilə əlaqədar pensiyaya çıxması barədə müraciətlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər