Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dövlət Müstəqilliyi Günü münasibəti ilə elmi-praktik konfrans keçirilmişdir

16 oktyabr 2018 | 16:00

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının akt  zalında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü  münasibəti ilə elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, 27 il öncə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir.  Ancaq  cəsarətlə demək olar ki, əsl müstəqilliyimiz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndərin siyasi iradəsi ilə qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.

   Müstəqilliyin əvəzsiz  bir nemət olduğunu və xalqın taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 2003-cü il oktyabr ayının 15-də Prezident seçilən cənab İlham Əliyev ötən 15 il ərzində Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq cənab Prezidentin həyat fəlsəfəsidir. Müstəqilliyimizin  reallığı ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
   Cənab M. Məmmədov rayon ictimaiyyətini qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etdi.Elmi-praktik konfransda YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov  “Heydər Əliyev və müstəqil  Azərbaycan”  mövzusunda, rayon İcra Hakimiyyəti  başçısının müavini Təranə Bayramova “Prezident İlham Əliyev və müstəqilliyimizin son 15 ili” mövzusunda,  rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov “Müstəqil Azərbaycan Respublikasının Gənclər siyasəti”  mövzusunda məruzələrlə çıxış etmişlər.
    Tədbiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yekunlaşdırmışdır.

 

 


 

 

Keçidlər