Tovuz şəhərində təmir-bərpa işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Tovuz şəhərində də davam etdirilir. İctimai rəy, hərəkətin intensivliyi nəzərə alınaraq şəhərin Eldəniz Quliyev küçəsinin və ona bitişik ərazilərin abadlaşdırılması və yenidən qurulması həyata keçirilir. Müasir şəhərsalmanın tələblərinə uyğun olaraq həmin küçəyə asfalt örtük salınmasına başlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov həmin ünvanda olmuş, işlərin gedişi ilə maraqlanmış, lazımi göstərişlərini vermiş, ətraf sakinlərlə görüşmüşdür.
Sakinlər aparılan abadlıq və təmir-bərpa işlərindən razılıqlarını bildirmiş və göstərmişlər ki, həyata keçirilən tədbirlər onların rahatlığına xidmət edir.Görülən abadlıq işləri əhali tərəfindən razılıqla qarşılanmışdır.