VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
06 oktyabr 2018 | 16:00
06 oktyabr 2018-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar ASAN xidməti 1(bir) ay müddətində Tovuz şəhərində sakinlərə xidmət göstərəcəkdir. Həmçinin Xidmətin kiçik səyyar qrupu Qovlar şəhərində həftənin ikinci və beşinci günləri səyyar xidmət göstərəcəklər.