Şriftin ölçüsü :

Saytın rəngi :

Milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən yeni ünvan

27 sentyabr 2018 | 16:00

     Zəngin tarixi ənənələri olan Tovuz kimi koloritli bir bölgədə yeni muzey binasının tikilməsinə böyük  ehtiyac vardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi dəyərlərinin təbliği və gənc nəslin həmin dəyərlər ruhunda yetişdirilməsi istiqamətində müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq rayonda da konkret tədbirlər həyata keçirilir.

  Hazırda Tovuz şəhərində müasir tələblərə cavab verən tarix-diyarşünaslıq muzeyinin tikintisi başa çatmaq üzrədir. Milli memarlıq üslubunda inşa edilmiş həmin sosial obyektin ümumi sahəsi 820 m2 olmaqla ikimərtəbəlidir. Müasir tikinti materiallarından istifadə edilməklə yaradılan həmin sosial obyekt tam istifadəyə verildikdən sonra burada bölgənin  zəngin tarixini və şərəfli keçmişini özündə əks etdirən daimi ekspozisiyalar fəaliyyət göstərəcəkdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tikintidə görülən işlərlə tanış olmuş, son tamamlama işlərinin keyfiyyətlə başa çatdırılması üçün lazımi tədbirlərin görülməsini təmin etmişdir.


 

Keçidlər