Şriftin ölçüsü :

Saytın rəngi :

Əlibəylidə sakinlərlə səyyar qəbul-görüş keçirilib

19 sentyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Əlibəyli kəndində keçirilmişdir. Tədbirdə Əlibəyli kənd sakinləri, rayonun   ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açmış və ölkəmizdə sərhəd kəndlərinə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsində görülən işlərdən, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən danışmışdır.
Cənab M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.
İlk öncə Əlibəyli kəndində görülən işlərlə bağlı yerli icra nümayəndəsinin və aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinin məlumatları dinlənilmişdir. Bundan sonra sakinlər keçmiş sovxozdan qalmış subartezian quyusunun təmiri, elektrik transformatorunun təmiri, yaşayış evlərinə istinad divarlarının tikilməsi layihəsinin davam etdirilməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, içməli su məsələsi, suvarma suyunun verilməsinin təşkili və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Sakinlər tərəfindən qaldırılan bütün məsələlər üzrə müvafiq tapşırıqlar verilmişdir.  Çıxış edən sakinlər təmas xəttində rahat yaşayıb işlədiklərini, ordu ilə xalq arasında qarşılıqlı inam və birlik olduğunu qeyd edərək təhlükəsizlikləri təmin olunduğu üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər