Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 6 modul tipli məktəb quraşdırılır

13 sentyabr 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci ildə Tovuz rayonunun ərazisində cəmi 332 şagird yerlik 6 modul tipli məktəb quraşdırılır. Bu məktəblər əsasən rayonun dağ kəndlərində inşa olunur. Hazırda Qayadibi, Qoşa, Hacıhəsənli və Sarıtala kəndlərində modul tipli məktəblərin quraşdırılmasının tamamlama işləri aparılır.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab M. Məmmədov Qayadibi və Qoşa kəndlərində olmuş və modul tipli məktəblərin quraşdırılması işləri ilə tanış olmuşdur. Hər iki məktəbin yaxın günlərdə istifadəyə veriləcəyi barədə məlumat verilmişdir.
Kənd sakinləri ilə söhbət zamanı onlar tikintidə işlərin gedişindən razılıqlarını bildirmiş və göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər