Sərhəd kəndində həyat normal qaydada davam edir
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayon mərkəzindən 53 km aralı, sərhəd kəndi olan Qaralar kəndində keçirilmişdir. Tədbirdə Qaralar kənd sakinləri, rayonun ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.
Qaralar kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı kənd icra nümayəndəsi Ramiz Süleymanov məlumat vermişdir. Bundan sonra kənd sakinlərindən bir neçəsi çıxış edərək kənd yolunun asfaltlanmasına, kəndin təbii qazla təmin olunmasına və bu il ərazidə modul tipli məktəbin quraşdırılmasına görə ölkə başçısına minnətdarlıqlarını bildirərək kəndə marşurut xəttinin açılması, təmas xəttində yerləşən evlərə istinad divarlarının hörülməsi, məhkəmə qərarının icrası vəziyyəti və Qaradaş-Qaralar avtomobil yoluna xidmət göstərən işçinin təyin olunmasına kömək göstərilməsi və digər məsələlər barədə müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.