Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Böyük Qışlaq kənd İƏD-nin tərkibinə daxil olan kəndlərin sakinləri ilə görüş keçirib

25 avqust 2018 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Səfərli kəndində keçirilmişdir. Tədbirdə Böyük Qışlaq, Mollalar, Məsimlər və Şamlıq kənd sakinləri, rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışmışdır.
Cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmiş, kəndlərin sosial inkişafı ilə bağlı məsələlər qaldırmışlar. Müraciət edən kənd sakinləri kəndlərarası yolların təmiri, dağ kəndlərinin qazlaşdırılması, kənd ərazisində bankomat quraşdırılması, ərazidə aptek açılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, sosial yardım məsələləri barədə təkliflər və tənqidi qeydlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər