Tovuzda Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanıldı
Bütün müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Tovuz rayon İcra Hakimiyyəti şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə yerlərdə bayram sovqatı vermişdir.
Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Yerli əhalinin bayram əhval-ruhiyyəsi göstərir ki, möhtərəm cənab Prezidentimizin böyük uğurla həyata keçirdiyi sosial yönümlü siyasətin nəticəsi olaraq bütün xalqımız kimi tovuzlular da bu bayramı Vətənə və dövlətçiliyimizə sədaqətin təntənəsi şəklində qeyd edirlər.
Bayramınız mübarək əziz tovuzlular!