Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda “Bölgələrdən-bölgələrə” Yaradıcılıq Festivalı keçirilmişdir

10 avqust 2018 | 16:00

Tovuz şəhəri Heydər Əliyev adına meydanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” layihəsi çərçivəsində yaradıcılıq festivalı keçirilib. Festivalda nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.
Tədbiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq bölgələrin təqdim etdikləri sərgi və folklor nümunələri ilə tanış olmuşdur. Sonra Mədəniyyət Nazirliyinin 15 regional idarələrinin bədii kollektivlərinin iştirakı ilə konsert təşkil olunmuşdur. Gəcədən xeyli keçənədək davam edən konsert və atəşfəşanlıq rayon sakinlərinin marağına səbə olmuşdur.

Keçidlər