Tovuzda abadlıq və quruculuq işlərinə başlanmışdır
Regionların inkişafına dövlət qayğısının təzahürü olaraq Tovuzda abadlıq və quruculuq işləri davam etdirilir.Tovuz şəhərinin H.Əliyev prospektində müasir tələblər səviyyəsində səkilər salınmasına başlanmışdır.Təqdim olunan fotolarda həmin ərazinin əvvəlki vəziyyətinin və tikinti-quraşdırma işləri aparılan sahələrdən bəzilərinin fotoşəkilləri aşağıda verilir.
Şəhər sakinlərinin arzu və təklifləri nəzərə alınaraq Tovuz stadionunun ətrafındakı yaşıllığın istirahət zonasına çevirilməsi işlərinə start verilmişdir. Əsasən gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə, istirahətlərinin səmərəli təşkilinə xidmət edəcək yeni yaradılan həmin parkda şəhərin arxitekturasına uyğun müasir dizayn əsasında planlaşdırma və abadlıq işləri davam etdirilir.
Şəhərin E.Quliyev küçəsi əhalinin gediş-gəlişinin gur olduğu və hərəkətin intensiv olduğu məkanlardandır.İctimai rəy və günün tələbi nəzərə alınaraq həmin küçənin asfaltlanmasına başlanmışdır və bu iş davam etdirilir.Foto obyektiv həmin küçənin əvvəlki və iş davam edən anlarını əks etdirir.
Tovuz şəhərinin İ.Qasımov və F.Ələkbərov küçələrinə isə asfalt salınması işi başa çatmışdır.