Rumıniya səfiri Tovuzda olmuşdur
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku Milli Məclisin deputatı Qənirə Paşayevanın dəvəti ilə 3 avqust 2018-ci il tarixdə Tovuz rayonunda olmuşdur.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov D. İankunu qəbul etmiş, Azərbaycan-Rumıniya dostluq və əməkdaşlığından danışmış, rayonun rumıniyalı iş adamlarının diqqətini çəkəcək resusları və təbii qaynaqları haqqında məlumat vermişdir.
Görüşdə qonağa milli musiqi aləti olan saz hədiyyə edilmişdir.
Heydər Əliyev adına Mərkəzdə daha sonra rayonun ziyalıları, gəncləri, ictimaiyyət nümayəndələri ilə işguzar görüş olmuşdur.
Rayona səfər edən Rumıniya səfiri millət vəkili Qənirə Paşayevanın, rayonun əlaqədar strukturları nümayəndələrinin iştirakı ilə Ermənistanla təmas xəttində yerləşən Ağdam kəndində də olmuşdur. Orada cəbhə bölgəsi insanlarının Ermənistan tərəfindən vaxtaşırı atəşə məruz qalmaları nəticəsində neçə qurbanlar verməsi, dinc sakinlərə vurulan zərər barədə ətraflı məlumat verilmiş və səfir vəziyyətlə əyani tanışlıqdan sonra Azərbaycanın Milli Qəhrəmanı N. Yusifovun ata-anasını ziyarət etmişdir.
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku “Naiqin&-Co” şirkəti və onun istehsal etdiyi məhsullarla tanış olmuşdur.
Rumıniya səfiri Qovlar şəhərindəki Gənclər Evində gənclərin nümayəndələri ilə görüş keçirmişdir.