Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Çeşməli kənd sakinləri ilə görüş keçirib

25 iyul 2018 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Çeşməli kəndində keçirilmişdir. Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən, ictimai-siyasi sabitliyin qorunması istiqamətində görülən işlərdən danışmışdır.
Cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmiş, onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Müraciət edən kənd sakinləri Nağı Ələsgərov, Həbib Kazımov, Fərhad Ağcayev, Məhəmməd Məmmədov Çatax-Çeşməli-Lazılar avtomobil yolunun əsaslı təmir olunması, dağ kəndlərinin qazlaşdırılması, yaşayış evlərinin sığorta olunması və elektrik təsərrüfatının əsaslı təmir olunması, o cümlədən Abbasqulular kəndində yeni transformator quraşdırılması barədə təkliflər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər