Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin 100 illik yubleyi və 2 iyul Polis işçiləri günü Tovuz rayonunda qeyd olunub

02 iyul 2018 | 16:00

Bu gün Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 100 illik yubileyi və 2 iyul Polis işçiləri günü münasibətilə Tovuzda tədbir keçirildi. Tədbirdə Tovuz rayonu İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis Şöbəsinin şəxsi heyəti, eləcə də polisdə xidmətlərini uğurla başa vurmuş bir qrup təqaüdçülər iştirak edirdilər. İlk öncə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində Tovuz rayon Polis Şöbəsinin şəxsi heyəti qarşısında tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov bu əlamətdar gün münasibəti ilə polis işçilərini təbrik etdi, nitq söylədi.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Ş. Əsgərov, İH başçısının Cəlilli kənd İƏD üzrə nümayəndəsi Ə. İsmayılov,  ziyalı N. Şirinov, rayon məhkəməsinin sədri Q. Baxşıyev, polis veteranı İ. Sadıqov bildirmişlər ki, Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib. Daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi intizamın güclənməsi, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 
Tədbirdə bir qrup polis əməkdaşı Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmiş  və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər