Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 iyunAzərbaycan Silahlı Qüvvələr günü Tovuz rayonunda qeyd olundu

22 iyun 2018 | 16:00

Silahlı Qüvvələr Günü münasibətilə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir “N” saylı hərbi hissənin əsgər və zabitlərinin paradı ilə başlamışdır. Rayon icra hakimiyyətinin başçısı  cənab Məmməd Məmmədov çıxış edərək 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik etmiş, ulu öndər Heydər Əliyevin milli ordumuzun formalaşması, Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söhbət açmışdır.   Sonra “N” saylı hərbi hissənin zabiti Rüstəm Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Elməddin Cəfərov və veteranlar adından Mayıl Hümbətov çıxış edərək Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini qeyd edərək Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar.
Rəsmi hissədən sonra bayram konserti olmuşdur. Bayram konsertində hərbi orkestrin ifasında hərbi marşlar səsləndirilmiş və rayon mədəniyyət və incəsənət nümayəndələrinin çıxışı olmuşdur.
İyunun 26 –da bayram günü “N” saylı hərbi hissədə rayon ictimaiyyəti nümayəndələrinin də  qatıldığı daha bir tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək əlamətdar yubley və Silahlı Qüvvələr günü münasibətilə hərbi qulluqçuları təbrik etmiş, Aprel döyüşlərinin davamı olaraq Günnüt zəfərinin torpaqlarımızın düşməndən tamamilə azad ediləcəyi günə apardığını vurğulamışdır. Natiq Bakıda keçirilən hərbi paradın Azərbaycan Ordusunun qüdrətinin bütün dünyaya nümayiş etdirildiyini, düşmənləri vahiməyə saldığını bildirmişdir.
Hərbi xidmətdə fərqlənən bir qrup zabit və əsgərə rayon icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir Tovuz rayon mədəniyyət və incəsənət işçilərinin hazırladığı bayram konserti ilə başa çatmışdır.

Keçidlər