Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur

01 iyun 2018 | 16:00

Açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən  biri olduğunu vurğulayaraq bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür edib.

Millət vəkili Qənirə Paşayeva isə çıxışında diqqəti Tovuz rayonunun işğalçı Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşməsinə və bu rayonda böyüyən uşaqların zaman-zaman erməni təxribatları nəticəsində mənəvi-psixoloji travmalar almasına yönəldib. Onun sözlərinə görə,  təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqların qayğı və diqqətə daha çox ehtiyacları var. Bu baxımdan o, bu kimi tədbirlərin böyük önəm daşıdığını bildirib.

“Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Yelena Eyvazlı isə bildirib ki, təmsil etdiyi şirkət 18 illik fəaliyyəti dövründə sosial layihələrə daim böyük önəm verib.“Mətanət  A”-nın missiyasının Azərbaycan xalqına, Vətənin övladlarına xidmət etmək olduğunu vurğulayan şirkət rəsmisi bu konsert proqramını təşkil etməkdə məqsəd uşaqları sevindirmək olduğunu bildirib.

Konsert proqramında Tovuzun şəhər və kəndlərinin uşaq baxçaları və körpələr evlərində tərbiyə alan uşaqlar çıxış ediblər. Balacalar müxtəlif mahnı və rəqslər ifa etməklə bayramı rövnəqləndiriblər. Hər bir tədbir iştirakçısına “Mətanət A” şirkəti tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra “Mətanət A” şirkətinin nümayəndələrinin  və rayon rəsmilərinin internat uşaqları ilə görüşü baş tutub. Valideyn himayəsindən məhrum olumuş bütün uşaqlara “Mətanət A” şirkəti tərəfindən maraqlı və intellekti inkişaf etdirən hədiyyələr təqdim edilib.

 

Keçidlər