Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz şənliyi

19 mart 2018 | 16:00

Tovuz şəhərindəki “Qala” kompleksində Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tovuzluları bayram münasibətilə təbrik edərək, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində görülən işlərdən danışıb. Bildirilib ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir necə ildir UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Sonra tonqal qalanıb, müxtəlif milli oyunlar, idmançıların yarışı, Novruz adət-ənənələri, şirniyyatlardan ibarət “Novruz” sərgisi nümayiş etdirilib. Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Dədə Qorqudun və Bahar qızının çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Keçidlər