Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir

07 mart 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı aparatının Akt zalında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal qadınların iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov qadınlara bayram təbriklərini çatdırmış, rayonun ictimai-siyasi həyatında qadınların fəal rolundan danışmışdır. Dünya qadınları sırasında layiqli yer tutan Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü diqqətə çatdıraraq müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, yeni cəmiyyət quruculuğuna dəyərli töhfələr verən qadınların əməyinin yüksək qiymətə layiq olduğunu bildirmişdir.
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin növbəti Sərəncamı Tovuz rayonu üçün də olduqca əlmətdar bir hadisəyə  çevrildi. Belə ki, dövlət başçımızın 06 mart 2018-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən 1 saylı Aşağı Quşçu kənd tam orta məktəbin direktoru Mürşüdlü Elmira Zöhrab qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Tədbirdə həmçinin  rayonun ictimai-siyasi həyatında  fəal iştirak edən  qadınları rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.  Öz növbəsində təltif olunan tovuzlu xanımlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər