20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
20 yanvar 2018 | 16:00
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Tovuz şəhərindəki Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı, Aşağı Quşçu kəndlərində anım mərasimi keçirilmişdir. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivlərinin iştirak etdiyi anım tədbirində şəhidlər xiyabanı ziyarət olunmuş, şəhidlərin məzarı üzərinə əklil və gül dəstələri düzülmüşdür. Rayon İcra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir.