Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

12 yanvar 2018 | 16:00

Tovuz Rayon Mədəniyyət Evində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 1990-cı ilin 20 yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, qanlı hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib. Məhz həmin konfransdan sonra dünya ictimaiyyəti bu faciə barədə ətraflı məlumat alıb.

Çıxışlarda bildirilib ki, 20 Yanvar şəhidlərinin ailələri, əlil olmuş vətəndaşlarımız hər zaman diqqət mərkəzində saxlanılır. Hər bir azərbaycanlı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur, ehtiramla anır.

Sonra tədbir iştirakçıları xalq teatrının hazırladığı “20 Yanvar - qan yaddaşımız” adlı kompozisiyaya baxıblar.

Keçidlər