Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda iftar süfrəsi təşkil edildi

01 may 2022 | 07:00

Tovuz rayon İcra Hakimiyyətinin tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Təşkil olunan iftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları, bir qrup aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov çıxış edərək, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, mərasim iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmişdir.

Mərasimdə “Qurani-Kərim”dən ayələr, Ramazan duası və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.


 

Keçidlər