Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birillik hesabat konfransı keçirilib

29 aprel 2022 | 09:00

Tovuz şəhər Nizami adına mədəniyyət evində GİKM-in Tovuz nümayəndəliyinin birillik hesabatı ilə bağlı  tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, GİKM-in Mərkəzinin Regionların İnkişaf Departamentinin direktoru Rəsul Həşimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə müdirləri, GİKM-in Tovuz nümayəndəliyinin işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı  M. Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən bəhs etmişdir. İcra başçısı vurğulamışdır ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi ölkə Prezidentinin həyata keçirdiyi gənclərin hərtərəfli inkişafına yönəldilmiş proqramlardan biridir və mərkəzin birillik fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regionların İnkişaf Departametinin direktoru Rəsul Həşimov, GİKM-in Tovuz nümayəndəliyinin direktoru Aytəkin Qurbanova, Tovuz Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru  Humay Aslanova və Tovuz Dövlət Sosial-İqtisad kollecinin Tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova çıxış edərək ölkə Prezidentinin gənclərimizə diqqət və qayğısından danışmış, eyni zamanda GİKM-in birillik fəaliyyətini dəyərləndirmişlər. Nümayəndəliyin birillik fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.

Nümayəndəliyin fəaliyyətində aktiv iştirakları ilə seçilən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin sertifikatları təqdim olunub.

Tədbir tovuzun istedadlı gənclərin ifasında göstərilən musiqi və rəqs nümunələri ilə davam etmiş və sonda xatirə şəklinin çəkilməsi ilə yekunlaşmışdır.

 


 

Keçidlər