İcra başçısı şəhid ailəsini ziyarət edib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Əlibəyli kəndində şəhid Sadıqov Mehman Oruc oğlunun ailəsinə baş çəkib.
M.Məmmədov şəhidin valideynləri ilə söhbət zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.
Şəhidin valideynləri Sadıqov Oruc və Sadıqova Zərnə içməli su və kəndarası yol ilə bağlı çətinliklərindən söz açmışlar. İcra başçısı ailəni narahat edən problemlərin qısa müddətdə həll olunması ilə bağlı müvafiq tapşırıqlar vermiş, məsələnin icrasını nəzarətə götürüləcəyini qeyd etmişdir.
Şəhid Sadıqov Mehmanın valideynləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya şəhid ailələrini hər zaman diqqətdə saxladıqlarına və qayğı göstərdiklərinə görə öz minnətdarlıqlarını bildiriblər.
Allah Şəhidlərimizə rəhmət eləsin.