Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Tovuzda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel 2022 | 07:00

Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Tovuz rayonuna səfər edib. Səfər çərçivəsində Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimdən əvvəl Təhsil naziri Emin Əmrullayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 

Açılış mərasimdə Təhsil naziri Emin Əmrullayev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Mərkəzin açılışı həyata keçirilib. STEAM Mərkəzinin açılışından sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub və Mərkəzin “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) sahələri barədə qonaqlara məlumat verilib.

Bildiririk ki, STEAM layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiqinə başlanılıb. Mərkəzin yaradılmasında əsas məqsəd şagirdlərdə tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, onlara praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini göstərməkdir.

 

Keçidlər